Taekvondoçularımız yarışlara qələbə ilə başladılar FOTO

Taekvondoçularımız yarışlara qələbə ilə başladılar FOTO

Bu gün oyunların beşinci günündə "Baku Crystal Hall"da kişilər və qadınlar arasında taekvondo yarışlarına start verilib. SİA-nın xəbərinə görə, Azərbaycanı 58 kq çəkidə təmsil edən Məhəmməd Məmmədov ilk görüşdə israilli taekvondoçu Gili Haimovitz ilə qarşılaşıb. O, rəqibinə 7:4 hesabı ilə qalib gəlib.

Qadın taekvondoçumuz Abakarova Patimat isə Rusiyalı taekvondoçu Luchaqina Aleksandra ilə mübarizədə 7:1 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə