"Ümumiyyətlə bilirdim ki, Bakı gözəl bir şəhərdir. Azərbaycana gəldiyim zaman bu gözəlliyin şahidi oldum". Bunu SİA-ya ukraynalı idmançı Valdislav Dulin deyib.
"Sizin millətiniz çox qonaqpərvərdir. Burada hamı gülür və bir-biri ilə salamlaşır. Bu da məni çox sevindirdi. Hətta ilk Avropa Oyunlarının açılışı zamanı xeyli sayda insanı birarada görüncə qürurlandım. Çünki inanmırdım ki, bu qədər insan orada olar. Düşünürəm ki, "Bakı 2015" birinci Avropa Oyunlarının açılışı London Yay Olimpiya oyunlarından daha gözəl təşkil olunmuşdu. Bu gün Azərbaycan-Ukrayna əlaqələri çox yaxşıdır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olarkən bizi xeyli sayda insan qarşıladı. Bizə göstərilən bu diqqətinizə görə sizlərə təşəkkürümüzü bildiririk" – deyə, idmançı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB