Kamran Cəfərov: "Birinci Avropa Oyunlarına ciddi hazırlaşıram"

Kamran Cəfərov: "Birinci Avropa Oyunlarına ciddi hazırlaşıram"

Birinci Avropa Oyunlarına ciddi hazırlaşıram. Çünki Oyunlarda güclü rəqabətin olacağını bilirəm. Bu sözləri müsahibəsində Azərbaycanı birinci Avropa Oyunlarının üzgüçülük yarışlarında təmsil edəcək Kamran Cəfərov deyib.

İtaliya, Fransa və Macarıstandan olan üzgüçülərin "Bakı-2015"də güclü rəqib olduqlarını diqqətə çatdıran Kamran Cəfərov birinci Avropa Oyunlarında mükafatçılar sırasında yer almaq üçün əzmlə mübarizə aparacağını vurğulayıb.

Üzgüçü deyib: "Artıq bir neçə təlim-məşq toplanışında iştirak etmişəm. Yarışların keçiriləcəyi Bakı Su İdmanı Sarayı çox möhtəşəmdir. Burada beynəlxalq yarışların təşkil olunması üçün hər cür şərait var. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məsuliyyətimizi daha da artırır. Buna görə də əzmkarlıq nümayiş etdirərək mükafatçılar sırasında yer almağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə