Dünya Güləş Birliyi bu ilin aprelində keçirilən yarışların nəticələrinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Xəbər verilir ki, reytinq siyahısında 12 güləşçimizin adı yer alıb.
Son dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov (97 kq, 2-ci yer) və Paris Qran-pri yarışlarının qalibi Məhəmməd Müslümov (65 kq, 4-cü) reytinqdəki mövqelərini qoruyublar.
Olimpiya çempionumuz Şərif Şərifov (97 kq, 3-cü) ötən ay keçirilən dünya kuboku yarışlarındakı uğurlu çıxışı ilə reytinqdəki mövqeyini yaxşılaşdırıb. Şərif Şərifov yığmamızın İran millisi ilə görüşündə dünya çempionu Reza Yazdanini tam üstünlüklə məğlub etməsi güləş ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanıb. İlk onluqda yer alan güləşçilərimizdən biri də Ruslan Dibirhacıyevdir (70 kq, 10-cu). Bundan əvvəlki siyahıda yer almayan Olimpiya çempionumuz Toğrul Əsgərov dünya kuboku yarışlarında iştirakından sonra reytinq siyahısında 15-ci, Aleksandr Qostiyev (86 kq) isə 13-cü yerdə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB