İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti təqdim olundu

İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti təqdim olundu

Bakıda İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə mədəniyyət və idman sahəsində tanınmış insanlar, o cümlədən "Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov, AFFA-nın üzvü Elxan Tağızadə, millət vəkili Adil Əliyev, tanınmış modelyer Fəxriyyə Xələfova, bəstəkar Gövhər Həsənzadə iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalist Dündar Kesaplı və Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur. Məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahələrində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir.

D. Kesaplı yeni cəmiyyətin yaradılmasının İtaliyada və Azərbaycanda dəstəkləndiyini qeyd edib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.

Qeyd edək ki, D. Kesaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. O, dünyanın məşhur futbolçularından müsahibələr alıb. Jurnalist İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə