Sabah Azərbaycan Tələbə Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclas Respublika Olimpiya ehtiyatları mərkəzində (keçmiş "Neftçibaza") baş tutacaq. Tədbirdə federasiyanın prezidenti Fazil Qaryevin istefası qəbul olunacaq. Əldə etdiyimiz məlumata görə, onun əvəzinə federasiyaya təhsil nazirinin müavini Firudin Qurbanov seçiləcək.
Qeyd edək ki, iclas saat 13:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB