Stadnik 2-ci, Ratkeviç 5-ci, Kolesnik 6-cı pillədə REYTİNQ

Stadnik 2-ci, Ratkeviç 5-ci, Kolesnik 6-cı pillədə REYTİNQ

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. SİA-nın məlumatına görə, qadın güləşçilərin reytinq sıralamasında 5 idmançımızın adı var. Ötən ay keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Alyona Kolesnik reytinqdə 6-cı pillədə yer alıb.

48 kq
2. Mariya Stadnik - Klippan turniri 1-ci yer (2)

55 kq
6. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (nr)

58 kq
11. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (11)

60 kq
5. Yuliya Ratkeviç - DÇ 2-ci yer (4)
14. Nataliya Sinişin - Paris Qran Pri turniri 2-ci yer (12)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdikləri nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə