Tural Bayramov "King of Kings World Gran Pri"də qələbə qazanıb FOTOLAR
Moldovada K-1 üzrə KOK - "King of Kings World Gran Pri" turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə Azərbaycanı iki idmançı təmsil edib. 75 kq çəki dərəcəsində yarışan idmançımız Tural Bayramov Moldova döyüşçüsü Sergey Morariylə dueldən qalib ayrılıb. Döyüş ərzində rəqibə heç bir şans verməyən T. Bayramov parlaq qələbə ilə zaldakı tamaşaçıların alqışını qazanıb.
Digər idmançımız - 84 kq çəki dərəcəsində çıxış edən Ruslan Kobzev moldovalı Denis Apavaloaya qarşı döyüşdə məğlubiyyət acısı yaşayıb. Turnir zamanı K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov Moldovanın sabiq prezidenti Vladimir Voronin və Azərbaycanın Moldovadakı diaspora rəhbəri Vüqar Novruzovla görüşüb.
Qeyd edək ki, Moldova turnirində qələbə qazanan Tural Bayramov gecənin əzmkar döyüşçüsü seçilib.
(1).jpg)

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB