Eduard Məmmədov 21 qat dünya çempionudur

Eduard Məmmədov 21 qat dünya çempionudur

Portuqaliyanın Vaqos şəhərində kikboksinqin WCA (Dünya Döyüş Növləri Assosiasiyası) versiyası üzrə dünya çempionatı keçirilib. Mundialda lou-kik versiyası üzrə mübarizə aparan Eduard Məmmədov (60 kq) 21-ci dəfə dünya çempionu adını qazanıb.

Çempionatda 40 ölkəni təmsil edən idmançılar birincilik uğrunda mübarizə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə