Elxan Məmmədov: "Komanda sonadək mübarizə apardığını nümayiş etdirdi"

Elxan Məmmədov: "Komanda sonadək mübarizə apardığını nümayiş etdirdi"

AFFA-nın baş katibi Elxan Məmmədov "Avro-2016"nın seçmə mərhələsində millimizin Maltaya qalib gəldiyi oyun barədə jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, qarşılaşmanın çətin keçdiyini qeyd edib: "Bu, baş məşqçi Robert Prosineçki və onun yeni komandası üçün ilk rəsmi oyun idi. "Şaxtyor"la yoldaşlıq görüşündə futbolçuların 30 faizi komandanın düşərgəsində deyildi. Ona görə də yeni komanda üçün seçmə mərhələnin ilk oyunu bir qədər riskli idi. Malta ilə matçda yeni komanda, yeni oyun üslubu gördük. Komanda yeni sistem üzrə oynayır. Matçın 3-cü dəqiqəsində hesabı açdıq. Oyunun sonlarında isə daha bir qol vurmaqla komanda sonadək mübarizə apardığını nümayiş etdirdi".

Xatırladaq ki, oyunda Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə