Azərbaycan millisi Dünya Kubokunda İran yığmasını məğlub etdi YENİLƏNİB

Azərbaycan millisi Dünya Kubokunda İran yığmasını məğlub etdi YENİLƏNİB

İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. SİA-nın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları yarışır.

Bu gün Azərbaycan millisi İran yığması ilə qarşılaşıb və 6:2 hesablı qələbə qazanıb.

AZƏRBAYCAN - İran 6:2

59 kq - Rövşən Bayramov - M.Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - R.Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Y.Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - H.Əxlaqi 5:4
85 kq - İslam Abbasov - M.Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - M.Əliyari 0:1
130 kq - Sabah Şəriəti - B.Mahdizade 8:0

Qarşılaşmaların videogörüntülərini təqdim edirik (Hər görüşün videosu bitdikdən sonra avtomatik olaraq növbəti qarşılaşmanın videosu göstərilir:

Bütün xəbərlər Facebook səhifəmizdə