“Xəzər Open”də 3-cü turun oyunları başa çatıb

“Xəzər Open”də 3-cü turun oyunları başa çatıb

İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq "Xəzər Open" şahmat festivalında 3-cü turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, 15 ölkədən 321 zəka sahibinin qüvvəsini sınadığı yarışda ölkəmizi müxtəlif qruplarda 60 şahmatçı təmsil edir. Yarış A, B, C və D qrupları üzrə keçirilir. A turnirində mübarizə aparan təmsilçilərimizdən 3 turdan sonra ən yaxşı nəticəni Azər Mirzəyev göstərib. Belə ki, Mirzəyev aktivinə 2.5 xal yazaraq 3-cü yerdə qərarlaşıb. Bu qrupda mübarizə aparan Misrətdin İsgəndərov 2.5 xal toplasa da, əlavə göstəricilərə görə 14-cü pillədə qərarlaşıb. Ramil Əlləcov, Rəşad Zeynallı və Qulam Məmmədov 2 xal, Kənan Qarayev və Nərmin Kazımova 1.5 xal toplayıblar.

B qrupunda Vəli Zeynalzadə, Məhəmməd Muradlı, Murad İbrahimli və Mirmusa Feyziyev 3 oyundan 3 xal toplayaraq liderlər sırasındadırlar.

C qrupunda Xatun Bağırova 2.5 xalla 3-9-cu yerləri bölüşərək, əlavə göstəricilərə görə 4-cü pillədədir. Sona Hüseynova isə 2 xalla 14-cü pillənin sahibidir.

Rahim Əliyev, Toğrul Əliyev və Əli Süleymanov hərəyə 3 xal toplayaraq D qrupunda liderlər sırasındadırlar. Rəfail Manafov və Həsən Əhmədli aktivlərinə 2.5 xal yazaraq liderlərdən yarım xal geri qalırlar.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə