Antalyada "Xəzər Lənkəran"ın rəhbərliyi ilə klubun keçmiş baş məşqçisi Oğuz Çetin arasında görüş keçirilib. SİA-nın məlumatına görə, klub prezidenti Mais Mənsimov "Xəzər Lənkəran"da hər kəsin Oğuz Çetinin gəlişinə sevindiyini və onun komanda üçün doğma şəxs olduğunu vurğulayıb. Oğuz Çetin isə "Xəzər Lənkəran"ı ziyarət etməkdən məmnunluq hissi duyduğunu bildirib. O, daha sonra komandanın futbolçuları ilə də görüşüb.
Qeyd edək ki, görüşə həmçinin Türkiyə yığmasının qapıçısı Volkan Demirel də qatılıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB