FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, Rusiya-2 komandası ilə qarşılaşan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb. Futbolçularımızdan İlkin Sadıqov dubl edib. Hərəyə bir dəfə Elnur Cəfərov və Mahir Mədətov fərqlənib.
Beləliklə, yığmamız qrup mərhələsini birinci yerdə başa vurub.
Azərbaycan - Rusiya-2 4:2
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII beynəlxalq turnir
4 yanvar 2015-ci il. Sankt-Peterburq. "Zenit" İdman Oyunları Sarayı
Hakimlər: İlya Qrişin, İlya Doroqostoyskiy, İvan Qurev
(Hakimlər briqadası Rusiyadandır)
Sarı vərəqələr: Elvin Sərkərov, 41, Elgün Uluxanov, 62, Yusif Nəbiyev, 89//Konstantin Kotov, 85
Qollar: İlkin Sadıqov, 30;56, Elnur Cəfərov, 48, Mahir Mədətov, 73 // Artyom Qaladjan, 10, Nikolay Rasskazov, 89 – pen.
Azərbaycan: 1. Ağaseyid Qasımov, 5. Renat Ağaverdiyev, 7. Mahir Mədətov (6. Əlibəy Məmmədli, 76), 8. Emin Zamanov, 10. Elnur Cəfərov, 23. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 20. Roman Hüseynov (24. Ayxan Əsədov, 88), 27. Bəhlul Mustafazadə (k), 18. Elvin Sərkərov (9. Şahban Cəbrayılov, 67), 21. İlkin Sadiqov (11. Umar Akmurzayev, 80)
Ehtiyatda qalanlar: 12.Tolqa Şahin, 2. Sertan Taşkın, 3. Elməddin Məmmədov, 17. Fərid Kərimzadə,
Rusiya-2: 1. Sergey Lazarev, 2. Nikolay Tarasov (4. Nikita Kaluqin, 57), 5. Semyon Matviyçuk (Nikolay Rasskazov, 57), 6. İvan Qalanin (16. Artyom Selyukov, 60), 7. Anton Teryoxov (18. Dmitri Pletnyov, 65), 8. Georgi Mxatadze (10. Boris Çıqankov, 60), 9. Artyom Qaladjan (13. Yeqor Denisov, 71), 11. Aleksandr Lomotovski (24. Denis Sedıx, 79), 14. Dmitri Kirillov (21. Konstantin Kotov, 60), 17. Mixail Lısov (20. Andrey Kudryavçev, 57), 19. Kirill Qoqolyev
Ehtiyatda qalanlar: 12.Aleksandr Maksimenko, 23. Yeqor Tuşev, 3. Sergey Buqriyov, 22. Roman Xodakovski, 25. Dmitri Cariaşvili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB