"Xəzər Lənkəran"ın akademiyasının həftəsi

"Xəzər Lənkəran"ın akademiyasının həftəsi

Bu həftə "Xəzər Lənkəran"ın üç yaş qrupu müvafiq liqalar çərçivəsində oyunlarını keçirib. SİA-nın məlumatına görə, U-17 komandası səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə məğlub olub, U-16 isə doğma meydanda "İnter"ə minimal hesabla yenilməklə mövsümdə ilk dəfə meydanı xalsız tərk edib.

Səfərdə AZAL-a qarşı oynayan U-15 evə üç xalla qayıdıb. Veteran futbolçu Namiq Qarayevin yetirmələri komandanın aparıcı oyunçusu Xəqani Sadıqovun (fotoda) vurduğu qolla 1:0 hesablı qələbə qazanıblar. Matçdan hazırlanmış videoicmalı təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə