"Qarabağ" klubu İtaliyadadır

"Qarabağ" klubu dünəndən İtaliyadadır. SİA-nın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci oyununu İtaliyanın "İnter" klubuna qarşı keçirəcək komandamız matçın baş tutacağı Milan şəhərindədir. Komanda təxminən 5 saat 30 dəqiqə uçuşdan sonra sözügedən şəhərə çatıb və otelə yollanıb.

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də saat 00:05-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə