Sentyabrın 13-də futbol üzrə Topaz Premyer Liqasının beşinci turu çərçivəsində Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi" komandası "Xəzər-Lənkəran" kollektivini qəbul edib.
Baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə paytaxt təmsilçisi ilk hissənin sonlarında azlıqda qalsa da, minimal hesabla qalib gəlməyi bacarıb (1:0). Bakılıların heyətində oyunun 28-ci dəqiqəsində Flavinyo fərqlənib. Oyunun 41-ci dəqiqəsində "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç qırmızı vərəqə alıb.
Zaqatala şəhər stadionunda isə "Simurq" komandası "Qəbələ" kollektivi ilə qarşılaşıb. "Qəbələ" səfərdə 2:1 hesabı ilə qələbə qazanıb.
Baş hakim Ömər Paşayevin idarə etdiyi görüşdə "Simurq"un heyətində penaltidən Rəşad Eyyubov, "Qəbələ"nin heyətində isə oyunda iki qol vuran Dodo fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB