Azərbaycan millisi Sloveniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq

Azərbaycan millisi Sloveniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarında iştirakını davam etdirir. Artıq qrup mərhələsində Bolqarıstan millisi ilə iki görüş keçirən yığmamız hər iki oyunda məğlub olub.

Voleybolçu qızlarımız növbəti oyunlarını iyunun 14-15-də Bakıdakı Voleybol Mərkəzində Sloveniya yığmasına qarşı keçirəcəklər.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi də Avropa Liqası yarışları çərçivəsində iyunun 14-15-də Bakıda Rumıniya kollektivini qəbul edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə