U-21-in heyətində dəyişiklik

U-21-in heyətində dəyişiklik

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, "Bakı" klubunun üzvü Vüqar Mustafayev zədəli olduğu üçün heyətdən çıxarılıb, Ruslan Tağızadə ("Qəbələ") və Məqsəd İsayev ("Neftçi") toplanışa dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə