Kamal Quliyev: "Futbolçular da gözəl anlayır ki..."

Kamal Quliyev: "Futbolçular da gözəl anlayır ki..."

"Neftçi" PFK-nın əvəzedici heyətinin məşqçisi Kamal Quliyev açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, hazırlıq prosesi barədə danışıb: "Komandamızın təlim-məşq toplanışı davam edir. Hazırlıq yüksək səviyyədə keçir. Futbolçulardan razıyıq. Onlar həvəslə məşq edir, etimadı doğrultmağa çalışırlar. AZAL-ın əvəzedici heyəti ilə bu gün keçiriləcək yoxlama oyununda aşağı yaş qruplarından dəvət etdiyimiz bir neçə futbolçunu da sınayacağıq. Komandada sağlam rəqabət var. Futbolçular da gözəl anlayır ki, əsas komandaya çağırılmaq üçün çox çalışmalı və rəqiblərindən hər zaman bir baş üstün oyun nümayiş etdirməlidirlər.

"Neftçi"də gənc yerli oyunçulara böyük önəm verilir. Bizim də vəzifəmiz budur ki, həm "Neftçi"yə, həm də milli komandaya faydalı ola biləcək futbolçular yetişdirək. İnanıram ki, bu vəzifəmizin öhdəsindən layiqincə gələcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə