Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola, Dubayda maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq idman festivalında, ispaniyalı jurnalistlərlə söhbət edən bacarıqlı mütəxəssis, "Barselona"dakı uğurlara görə Leonel Messiyə təşəkkür edib. O bildirib ki, "Barselona"da qazandığı uğurların memarı L.Messidir: "Bu, Qvardiolanın yox, Messinin epoxası idi. Əgər gələcəkdə kimsə məndən soruşsa, deyərəm ki, müasir futbol Messinin erası olub" – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB