Tahir Süleymanov: "Cəza qərarına hörmətlə yanaşıram"

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov özünün və klubun mətbuat katibi Gündüz Abbaszadənin Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində AZAL-a qarşı keçirilmiş oyundan (1:2) sonra, hakimləri təhqir etməsinə görə AFFA İK tərəfindən cəzalanmasını şərh edib. Siasport.az saytı Azerisport.az-a istinadən xəbər verir ki, vitse-prezident qərara hörmətlə yanaşdığını deyib: "Cəza qərarına hörmətlə yanaşıram. Bu qərar AFFA təmsilçisi və oyunun hakiminin protokoldakı qeydlərinə, raportuna əsasən qəbul edilib. Bütün futbol ictimaiyyətinə məlumdur ki, bu görüşdə hakimlik necə biabırçı vəziyyətdə idi. Təəssüf ki, hakimlərə oyundan sonra heç bir cəza tətbiq edilmədi. Ciddi tədbirlər görmək lazım idi ki, qış fasiləsindən sonra belə biabırçılıq təkrar baş verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə