Futbol Liqasına yekun vurulub

AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin dövlət və özəl müəssisələr arasında təşkil etdiyi Futbol Liqasına yekun vurulub. Siasport.az saytının məlumatına görə, dairəvi sistem üzrə keçirilən yarışın qalibi "Şərq-Qərb ASC"nin komandası olub. Liqada 2-ci yeri "Crystal Motors", 3-cü yeri isə "Hyatt Hotels Baku" tutub.

Oyunlar başa çatdıqdan sonra qalib komandalara mükafatlar təqdim olunub. Mükafatlandırma mərasimində İctimai Futbol Təşkilatları İB-nin rəhbəri Elxan Tağızadə, veteran futbolçular Asim Xudiyev, Oqtay Abdullayev, Ceyhun Sultanov, Tərlan Əhmədov, Aqil Məmmədov və Mahmud Qurbanov iştirak edib. Qaliblərə kubok, diplomlar və müxtəlif hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə