"Rəvan" Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək. Siasport.az saytının məlumatına görə, komanda artıq bu oyuna hazırlığı başa vurub. Sonuncu məşq axşam saatlarında "Bayıl Arena"da baş tutub.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda futbolçular çox da yüklənməyib. Ənənəvi olaraq yüngül xarakterli olan çalışmalardan sonra futbolçular müxtəlif taktiki və texniki gedişlər üzərində çalışıblar. Çalışmalarda Elvin Həsənəliyev və Kristian Torres iştirak etməyib. Hər iki futbolçu zədəlidir və "Sumqayıt"la görüşdə meydana çıxa bilməyəcək. Əvəzində Aqil Nəbiyev və Sohib Savankulov komanda ilə birgə məşqlərə qatılıb. Hər iki oyunçu baş məşqçinin sərəncamında olacaq.
Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyunu bu gün saat 17:00-da "Bayıl Arena" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB