DÇ-2013 ilk gün: Xetaq Qazyumov gümüş medal qazandı

DÇ-2013 ilk gün: Xetaq Qazyumov gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında dünya çempionatı start götürüb. Siasport.az saytının məlumatına görə, çempionatın ilk günündə sərbəst güləş üzrə 55, 66 və 96 kq çəki dərəcəsində güləşçilər mübarizə aparıb.

55 kq
1/16 final - Bexbayar Erdenebat (MGL) - Yaşar Əliyev(4:2)

66 kq
1/32 final - Haislan Garcia (CAN) - Ağahüseyn Mustafayev (3:2)

96 kq çəkidə mübarizə aparan Xetaq Qazyumov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda İranlı Reza Yezdani ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Güləşçimiz gümüş medal qazanıb.

1/16 final - Xetaq Qazyumov - Yuri Maier (ARG) (8:0)
1/8 final - K.Skazkieviç (POL) - Xetaq Qazyumov (1:4)
1/4 final - Aleksey Krupnyakov (KGZ) - Xetaq Qazyumov (0:8)
1/2 final - Anzor Boltukayev (RUS) - Xetaq Qazyumov (2:4)
FİNAL - Xetaq Qazyumov - Reza Yazdani (IRI) (2:4)

Bütün xəbərlər Facebook səhifəmizdə