“AtaHolding”in əməkdaşları ilə jurnalistlər arasında yarış keçirilib
"Excelsior Hotel Baku" oteli və "AtaBank" ASC-nin dəstəyi ilə "Aura" Sağlamlıq Mərkəzində "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında skvoş oyunu üzrə yarış keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda birinci yeri "Sportmedia" İdman İnformasiya Agentliyinin baş redaktoru İlkin Vidadioğlu, ikinci yeri "AtaHolding" ASC Müqavilə Hüququ şöbəsinin rəisi Anar Ramazanov, üçüncü yeri 525-ci qəzetin əməkdaşı İbrahim Cəfərov və dördüncü yeri "SalamNews" agentliyinin əməkdaşı Orxan Kərimov tutub. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra topu qaytara bilməsin. Skvoş oyunu tennisdən 2-3 dəfə çox enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB