Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan cüdoçusunun uğurlarından yazdı

Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan cüdoçusunun uğurlarından yazdı

Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytında Azərbaycan cüdoçusu Afaq Sultanova haqqında məqalə dərc olunub. Siasport.az saytının məlumatına görə, məqalədə A.Sultanovanın cüdo idman növündən əvvəl karate ilə məşğul olduğu və 2008-ci ildə gənclər arasında keçirilmiş cüdo üzrə dünya və Avropa çempionatlarında qalib gəldiyi vurğulanıb.
Yazıda deyilir: "İdmanda aldığı zədə onu görmə qüsurlu etdiyinə görə Afaq Sultanova təqaüdə çıxmalı oldu. Həmyerlisi İlham Zəkiyevdən ilham alaraq o, məşqlərinə davam etdi. 2010-cu ilin dünya çempionu Afaq Sultanova 2012-ci il London Paralimpiya Oyunlarında mübariz bir xanım kimi üzə çıxmışdı. BP şirkətinin səfiri olan Afaq Sultanova ilk qızıl medalını Braziliya idmançısı Lucia da Silva Teixeiranı ippon fəndi ilə məğlub edərək əldə etmişdi. London Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana həvəsləndirilməsinə və paralimpiya dəyərlərinin yayılmasına yaxından kömək edir".

Bütün xəbərlər Facebook səhifəmizdə