Mişel Platininin Tükiyəyə gələcəyi gözlənilir

Mişel Platininin Tükiyəyə gələcəyi gözlənilir

UEFA prezidenti Mişel Platininin Tükiyəyə gələcəyi gözlənilir. Siasport.az saytının məlumatına görə, onun Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla görüşəcəyi bildirilir.

Türkiyə 2020-ci il Olimpiadasını qəbul etmək üçün müraciət etsə də, olimpiya oyunlarına ev sahibliyi etmək hüququ Tokiyoya verildiyindən qardaş ölkədə bütün ümidlər 2020-ci il futbol üzrə Avropa çempionatınadır. 2020-ci il futbol üzrə Avropa çempionatının yarımfinal və final matçlarına ev sahibliyi etmək üçün Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörenin imzası ilə sənədlər bu gün və ya sabah UEFA-ya göndəriləcək. Məhz bu məsələ ilə bağlı UEFA prezidentinin Türkiyəyə gəlməsi, baş nazirlə görüşməsi və AVRO2020 sammitinin təşkil olunması gözlənilir.

Qeyd edək ki, 2020-ci il Olimpiadasını qəbul edə bilməyən İspaniya da bu yarışa ev sahibliyi etmək üçün sənədlərini təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə