İstanbulun "Qalatasaray" futbol klubunun Çempionlar Liqasındakı rəqiblərindən biri olan "Kopenhagen" klubu, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, D qrupunda "Real", "Yuventus" və "Qalatasaray"la bir qrupda yer alan Danimarka klubunun mətbuat katibi Kristian Volny hesab edir ki, güclü rəqibləri ilə mübarizədə onlar favorit olmasalar da, asan təslim də olmaqı düşünmürlər: " Bizi bir çoxları açıq autsayder hesab edirlər. Düzdür, belə rəqiblərlə mübarizə asan iş deyil. Amma unutmayaq ki, biz bir neçə dəfə Çempionlar Liqasında sürpriz etmiş komandayıq. Biz rəqiblərimizin adından çəkinmirik. Çünki öz oyunumuza güvənirik."-deyə K.Volny fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB