UEFA-nın nəzarət-intizam komissiyası erməni hakimlər A.Arsenyan və onun köməkçisi O.Avakyanı futbol oyunlarını idarə etməkdən ömürlük diskvalifikasiya edib. Siasportun verdiyi xəbərə görə, hakimlər "İnter" (Finlandiya) və "Vikinqur" (Farer adaları) komandaları arasında keçirilən matçda (Avropa liqası matçında) 300 min avro müqabilində oyunun nəticələrinə təsir göstərməkdə təqsirli bilinirlər. UEFA-nın rəsmi saytı hakimlərə qarşı UEFA reqlamentinin 12-ci maddəsinin tətbiq edildiyini bildirib. Hakimlər barəsində ilk qərar avqustun 7-də qəbul edilib. Dünən isə UEFA intizam komissiyası qərarı qüvvədə saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB