Bahodir Nasimov Özbəkistan millisinə yollanacaq

Bahodir Nasimov Özbəkistan millisinə yollanacaq

"Neftçi"nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Siasport.az saytı xəbər verir ki, bu barədə "ağ qaraların" rəsmi saytı məlumat yayıb. Xəbərə görə, özbəkistanlı hücumçu yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək pley-off oyunlara çağırılıb. Özbəkistan ilk oyununu sentyabrın 6-da səfərdə, 10-da isə keçirəcək.
Nasimov bu oyunlara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb. Bu isə o deməkdir ki, cari çempionatımızın ən sərrast oyunçularından biri V turda avqustun 31-də "Bakı" ilə matçda komandasına kömək etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə