Avroliqa turnirinin qalibi müəyyən oldu

Avroliqa turnirinin qalibi müəyyən oldu

Rusiyanın çimərlik futbolu üzrə kişilərdən ibarət yığması İspaniyanın Torredambarra şəhərində Portuqaliya yığması ilə keçirdiyi görüşdə 8:3 hesabı ilə qələbə qazanıb. Bu barədə Siasport məlumat verir. Yığma finalda qazandığı bu qələbədən sonra Avroliqa çempionu titulunu özünə qaytara bilib. Komandanın rəsmi saytında qələbənin avqustun 9 – da vəfat etmiş əfsanəvi xokkeyçi Vladimir Vikulovun xatirəsinə həsr olunduğu bildirilir.

Bununla da Rusiya yığması 3 - cü dəfədir ki, Avroliqa yarışmalarının qalibi olur. Maraqlıdır ki, yığma sonu tək rəqəmlə bitən illərdə - 2009, 2011 və 2013 – cü illərdə qalib titulunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə