Rusiyanın MOİK (Moskva) klubunun keçmiş basketbolçusu Teodoros Papalukas 2008-11-ci illərdə çıxış etdiyi "Olimpiakos" basketbol klubuna qarşı məhkəmədə qaldırdığı iddia təmin olunub. Siasportun İtar – Tass agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə "Olimpiakos" klubu basketbolçuya 1,7 milyon avro məbləğində vəsait ödəməlidir. İddia ərizəsində klub rəhbərliyinin Papalukasa 2010 -11 - ci il sezonunda 5 aylıq əmək haqqının ödənilməsindən əsassız olaraq imtina edilməsi göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB