2018-ci ildə Rusiya Federasiyasında təşkil olunacaq futbol üzrə dünya çempionatının Təşkil Komitəsi Moskva şəhərində növbəti iclasını keçirib. Bu barədə Siasport RİA-Sport agentliyinə istinadən xəbər verir. Təşkilat komitəsinin baş direktoru A.Sorokinin verdiyi xəbərə görə, iclasda çempionata hazırlıq, inşa olunacaq idman arenalarının konstruksiyası, infrastrukturu və dizaynına qoyulan tələblər müzakirə olunub. Görüşdə yeni arenaların layihələşdiriliməsi ilə məşğul olan 60-dan çox yerli ekspert və mütəxəssislər, eləcə də stadionların tikintisi üzrə ixtisaslaşmış xarici mühəndislər iştirak edib.
Qeyd edək ki, oyunlar Rusiya Federasiyasının 11 şəhərində keçiriləcək. Bu siyahıya Moskva, Sankt-Peterburq, Kalininqrad, Kazan, Nijni-Novqorod, Samara, Saransk, Volqoqrad, Rostov, Soçi və Yekaterinburq şəhərlərinin adları daxil edilib.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB