Otüstü xokkeyçilərimiz Avropa çempionatına qələbə ilə başladılar

Otüstü xokkeyçilərimiz Avropa çempionatına qələbə ilə başladılar

Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandası Fransanın Camrai şəhərində keçirilən Avropa çempionatında iştirak edir. Siasport.az saytı Azərbaycan Otüstü Xokkey Federasiyasına istinadən xəbər verir ki, millimiz baş məşqçi Adil Paşayevin rəhbərliyi altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçib. İlk turda millimiz Fransa xokkeyçiləri ilə qarşılaşmışdır. Yerli azarkeşlərin dəstəyi altında çıxış edən fransızlar Azərbaycan xokkeyçilərinə ciddi müqavimət göstərə bilməmişlər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 4:2 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatmışdır. Yığmamızın heyətində Xatirə Əliyeva, Yuliya Muradi, Anastasiya Tsıqanskaya və Fəridə Məmmədova fərqlənmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə