Bakını "Neftçi" futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Albaniya "Skenderbeu"suna meydan oxuyub. Siasport.az saytı xəbər verir ki, keçən il "ağ qaraları" UEFA Avropa Liqasının qrup mərhələsinə çıxaran təcrübəli mütəxəssis bildirib ki, onun komandası rəqib komandaya açıq futbol təklif edəcək: "Biz bu komandaya qarşı açıq futbol sərgiləyəcəyik. Hansı ki, bunu digər komandalarla oyunlarda da sübut etmişik. Məşqçilərimiz "Skenderbeu" barədə çox şey öyrəniblər. Özüm də onların bir neçə oyununun videoyazısına baxmışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB