Bu mövsüm ölkəmizi Avroliqada təmsil edəcək Bakının "İnter" klubu Avstriyada təlim-məşq toplanışı keçir.
Siasport xəbər verir ki, Tirol toplanışının beşinci günü 2 məşqdən ibarət olub.
Komanda saat 10:30-da və 17:30-da məşqə çıxıb. Səhər keçirilən məşq isinmə hərəkətləri ilə başlayıb, daha sonra "İnter"in futbolçuları fiziki tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə oyunçular daha çox topla məşq ediblər və ikirəfəli oyun keçiriblər.
Qeyd edək ki, bu gün "İnter"in futbolçuları istirahət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB