Qəbələdən xəbər var

Bu gün II Qəbələ Kubokuna yekun vurulacaq. Mayın 29-da startı verilən turnirin son günündə 4 matç baş tutacaq. Siasport xəbər verir ki,artıq iki qarşılaşma başa çatıb. "Qəbələ" 7-ci yer uğrunda oyunda "Zenit"lə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunu penalti seriyasında "Qəbələ" qazanıb. "Beniştaş" isə 5-ci yer uğrunda qarşılaşmada "Bakı"nı yenib – 3:1.

Saat 15.00-da 3-c yer uğrunda oyun keçiriləcək və "Barselona" "Şaxtyor"u sınacağı çəkəcək. Final matçına isə saat 18.30-da start veriləcək. Həlledici qarşılaşmada "Feyenoord" "Portu" ilə qarşılaşacaq.

II Qəbələ Kuboku
1 iyun

VII yer uğrunda oyun
Qəbələ (Azərbaycan) – Zenit (Rusiya) 1:1 (pen – 4:2)

V yer uğrunda oyun
Bakı (Azərbaycan) – Beşiktaş (Türkiyə) 1:3

III Yer uğrunda oyun
15.00 Barselona (İspaniya) – Şaxtyor (Ukrayna)

Final
18.30 Portu (Portuqaliya) – Feyenoord (Hollandiya)

Bütün xəbərlər Facebook səhifəmizdə