"Qarabağ" bu gün daha iki futbolçusu ilə yolları ayırmaq qərarı verib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Siasport a bildirib ki, məşqçilər heyətinin qərarı ilə hücumçu Emeka Opara və yarımmüdafiəçi Əfran İsmayılovla müqavilənin uzadılmamasına qərar verilib.
Qeyd edək ki, E.Opara "Qarabağ" bu qış transfer edilmişdi. Ağdam klubunun yetirməsi olan Ə.İsmayılov isə futbolçu karyerası ərzində ancaq bu komandada çıxış edib.
Xatırladaq ki, "Qarabağ" bundan öncə Kristian Torres, Elnur Abdulov, Zaur Həşimov və Emin İmaməliyevlə də müqavilənin uzadılmamasını qərara almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB