Çertaqanov Qəbələdən qovuldu!

Çertaqanov Qəbələdən qovuldu!

"Qəbələ" Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksandr Çertoqanovla yolları ayırıb. Bu haqda Siasport-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. Futbolçu mövsümün sonunda müqaviləsi başa çatacaq klubdan qarşılıqlı razılaşma ilə gedib.

Bundan başqa, "Qəbələ" nigeriyalı müdafiəçisi İfeanyi Emeqaranı əsas komandadan kənarlaşdırıb. Z.Əzizovun sözlərinə görə, bu futbolçu məşqçilər heyətinin etimadını doğrultmadığı üçün hazırda fərdi şəkildə hazırlıq keçir.

Z.Əzizov komandada islahatların olacağını istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə