Joze Mourinyo: "İspaniyada mənə nifrət edirlər"

Joze Mourinyo: "İspaniyada mənə nifrət edirlər"

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Dortmund "Borussiya"sına məğlub olan Madrid "Real"ında əsl gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, kral klubundakı əsas təzyiqlər baş məşqçi Joze Mourinyo ilə bağlıdır. Belə ki, mövsümün əvvəllində kral klubunu tərk edəcəyi ilə bağlı məlumatlar dolaşan portuqaliyalı mütəxəssis, artıq bunu etiraf etməyə başlayıb. "Borussiya"-"Real" qarşılaşmasından sonra jurnalistlərlə söhbət edən J.Mourinyo bildirib ki, artıq "Real"da qalıb-qalmayacağına heç özü də əmin deyil. Daima İngiltərə Premyer Liqasında sevilən məşqçi kimi tanındığını xatırladan J. Mourinyo, bunun əksinə olaraq İspaniyada həm mətbuatın, həm də azarkeşlərin ona daima nifrət etdiklərini bildirib. Belə bir şəraitdə işləməyin artıq onu çox bezdirdiyini deyən baş məşqçi bildirib ki, mövsüm başa çatan kimi konkret qərar verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə