"Rəvan"ın futbolçusu siftə etdi, 20-ci oldu STATİSTİKA

"Rəvan"ın futbolçusu siftə etdi, 20-ci oldu STATİSTİKA

Topaz Premyer Liqasının həftəsonu baş tutan 28-ci turunda "Rəvan"ın "Turan"ı məğlub etməsi Ayaz Mehdiyevin qolu sayəsində mümkün olub. Siasport idman portalının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqada ilk qolunu vurub.


Ayaza "Rəvan"da qol hesabını açmaq üçün 8 oyun, daha dəqiq desək, 437 dəqiqə lazım gəlib. Adı çəkilən yarımmüdafiəçi cari mövsüm "Rəvan"ın heyətində fərqlənmiş 13-cü oyunçu olub. Ümumilikdə isə Premyer Liqada 2 ildə 20 futbolçu rəqib qapılarına yol tapıb. Ayaz isə bu baxımdan 20-ci olub.

"Rəvan"ın Elitada qollarını vuran futbolçuları təqdim edirik:

Xuan Manuel Varea

13 qol

Mindauqas Kalonas

7

Nemanya Vidakoviç

7

Ramazan Abbasov

5

Samuel Barlay

5

Miloş Zeçeviç

5

Tagim Novruzov

5

Kristian Torres

5

Əkrəm Hodziç

4

Reus Klaudinue Souza

4

Miloş Adamoviç

3

Tofiq Mikayılov

3

Nikolay Orlovski

2

Nuran Qurbanov

2

Con Pelu

2

Şəhriyar Rəhimov

1

Şeriff Suma

1

Amid Hüseynov

1

Sallieu Bundu

1

Ayaz Mehdiyev

1

Bütün xəbərlər Facebook səhifəmizdə