"Sumqayıt" AZAL ilə oyuna hazırlaşır

"Sumqayıt" AZAL ilə oyuna hazırlaşır

Topaz Premyer Liqasının növbəti turu çəcçivəsində AZAL ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Siasport idman portalının məlumatına görə, "Bayıl Arena"da səhər məşqinə çıxan Sumqayıt təmsilçisinin heyətində zədəli futbolçular yer alır. Belə ki, Pərdis Fərcad-Azad və Can Akgün fərdi məşqlərlə kifayətlənir. Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş "Sumqayıt"ın üzvü Orxan Əliyev artıq qayıdıb.

Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu aprelin 14-də saat 17:00-da "Bayıl Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə