Şahmat üzrə blits-turniri keçirildi

Şahmat üzrə blits-turniri keçirildi

Respublika Şahmat Mərkəzində Əməkdar Məşqçi, beynəlxalq arbitr Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat üzrə blits-turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə 26 zəka sahibi birincilik uğrunda mübarizə aparıb. Yarışda 8,5 xal toplayan qrossmeyster Rauf Məmmədov birinci olub. Eltac Səfərli ikinci, Nicat Abbasov isə üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə