Şahin-Hərbi İdman Oyunlarının rayon mərhələsi keçirildi

Şahin-Hərbi İdman Oyunlarının rayon mərhələsi keçirildi

Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Daxili Qoşunların N saylı hərbi hissəsində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Şahin-Hərbi İdman Oyunlarının rayon mərhələsi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Rasim Musabəyov, Etibar Hüseynov, Aydın Mirzəzadə, Aqil Əliyev, Flora Mirzəyeva, Sədaqət Vəliyeva, Nizami rayon Polis İdarəsinin rəisi Növhər Məhərrəmov, Nizami rayon MTN-nin rəisi Adil Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, "Azərbaycan Bayrağı" ordenli, keçmiş kəşfiyyat diversiya komandiri İbad Hüseynov və bir çox qonaqlar iştirak edib. Ümumilikdə Nizami rayonundan 24 məktəbin şahinlər komandası gərgin mübarizədə öz güclərini sınayıblar.

Qeyd edək ki, Şahin Hərbi İdman Oyununun rayon mərhələsində 220 saylı orta məktəb I yerə, 312 saylı orta məktəb II yerə , 238 saylı məktəb isə III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə