Millimiz Norveç yığması ilə qarşılaşacaq

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək. Siasport.az saytının məlumatına görə, Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq qarşılaşmada millimizin rəqibi Norveç yığması olacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə