Respublika Şahmat Mərkəzində 2001-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilib. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda RİOEUGŞM, 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, "Neftçi" İSM, HRŞDK, T.İsmayılov adına UGYS, 11 №-li UGİM, 16 №-li UGİM, "Aura" İdman Kompleksi və Ağdam ŞUGİM-i təmsil edən 89 idmançı (onlardan 23-ü qızlardır) iştirak edir. Yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.
Qeyd edək ki, yarışların nəticəsinə görə ilk 4 yeri tutmuş oğlan və qızlar iyun ayında keçiriləcək Respublika final mərhələsinə vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB