İngilislər "Uemli"də Braziliya millisini məğlub etdilər

Yoldaşlıq qarşılaşması çərçivəsində dünən axşam "Uemli" stadionunda Braziliya millisi ilə qarşılaşan futbol üzrə İngiltərə millisi, 2:1 hesablı qələbəyə sevinib. Siasport.az saytı xəbər verir ki, möhtəşəm azarkeş dəstəyi ilə keçirilən qarşılaşmada ingilislər 26-cı dəqiqədə Uen Runinin qolu ilə önə keçiblər. Braziliya yığması bu qola ancaq qarşılaşmanın 48-ci dəqiqəsində Fredin qolu ilə cavab verə biliblər. Lakin doğma azarkeşlər qarşısında adlı-sanlı rəqibinə uduzmaq istəməyən ingilislər, qarşılaşmanın 60-cı dəqiqəsində Frank Lempardın qolu ilə 2:1 hesablı qələbəyə seviniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə