İdmançılarımız donmuş şəlalələrə dırmanacaqlar

İdmançılarımız donmuş şəlalələrə dırmanacaqlar

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçirəcək. Siasport.az saytının məlumatına görə, 2 mərhələdən ibarət olacaq çempionatın I mərhələsi 18-19 yanvar (təsnifat - seçim yarışları), II mərhələsi 26-27 yanvar 2013-cü il tarixlərində (çətinlik və sürət üzrə yarışlar) təşkil olunacaq.

Çempionata Rusiya, Türkiyə, Gürcüstan və İran idmançıları ilə birlikdə ümumilikdə 100-dən çox iştirakçının qatılacağı gözlənilir.

Beynəlxalq federasiyanın tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə