"Azərbaycan yığması bizdən hazırlıqlı idi"

"Azərbaycan yığması bizdən hazırlıqlı idi"

"Həm nəticə, həm də oyunumuzun keyfiyyəti məni təəssüfləndirdi". Siasport.az saytının məlumatına görə, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Çexiya yığmaları arasında keçirilən matçdan sonra rəqibin baş məşqçisi Yozef Çaplar deyib. O, Azərbaycan yığmasının daha üstün olduğunu qeyd edib: "Birinci hissədə pis çıxış emədik, qol vurduq. Oyuna nəzarət edirdik. Amma ikinci hissə bizim üçün dəhşətli oldu. Azərbaycan yığması həm texniki, həm də fiziki cəhətdən bizdən hazırlıqlı idi. Birinci hissədəki oyun üslubumuzu davat etdirmək istədik, lakin bu, bizə müyəssər olmadı. Əvəzetmələrimiz də kömək etmədi. Rəqib topa daha çox nəzarət etdi. Daha aqressiv oynamalıydıq. Amma ötürmələrdə xeyli səhvə yol verdik. Topsuz oynamaq isə çox çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə